Marketdə kərə yağı adı ilə bitki yağı satırmışlar - FOTO

Marketdə kərə yağı adı ilə bitki yağı satırmışlar - FOTO
Foto
Hadisə 119

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Dönərxanada iyrənc mənzərə - FOTO

Dönərxanada iyrənc mənzərə - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəranda fəaliyyət göstərən dönər istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb. BAKU.WS xəbər verir ki, bu bar...

375 Hadisə 10:18 23 dekabr 2022

Son xəbərlər