VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda evdə yanğın olub.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Hadisə Nərimanov rayonu, F. Yusifov küçəsi, 2 A ünvanında çoxmərtəbəli binanın 5-ci mərtəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, məlumat daxil olduqdan sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının mənzilin mətbəxində paltaryuyan maşında başladığı müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğının mənzilə keçməsinin qarşısı alınıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO