Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib
23
may
2025
23:29
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada Portuqaliya və Slovakiya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər.
D qrupunda mübarizə aparan kollektivlərin duelində pireneylilər 2:1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, bu qrupun digər oyununda Bolqarıstan Hindistana 5 cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı....