Azərbaycanlı müğənni Nazir Həbibov yaşadığı Türkmənistanda saxlanılıb.

BAKU.WS ATV-yə istinadən xəbər verir ki, o, narkotik vasitə qəbul etməkdə və satışında ittiham edilir.

Türkmənistana 35 kiloqram tiryək gətirməyə cəhd edən qrupla birgə ələ keçirilən müğənni törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Aşqabad şəhərində dünyaya gələn Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.

Qeyd edək ki, Türkmənistanda narkotik vasitələrlə bağlı cəza çox sərtdir. 

Narkotik qaçaqmalçılarını amnistiyaya düşməmək şərti ilə uzunmüddətli həbs cəzası gözləyir.