Lənkəranda qidadan zəhərlənən 17 nəfərin adı açıqlandı - YENİLƏNİB

Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.
Report onların adlarını təqdim edir:
Cəfərov Yusif Elşən oğlu – 2019-cu ilHüseynov Həmzə Əhməd oğlu – 2018-ci ilSüleymanova Aysel Zaur – 2016-cı ilCəfərova Dəniz Elşən qızı – 2015-ci ilCəfərov Rəşad Elşən oğlu – 2014-cü ilAğayeva Bahar İsmət qızı – 2014-cü ilSüleymanov Zaman Zaur oğlu – 2014-cü ilAğayev Murad İsmət oğlu – 2013-cü ilAğazadə Şəfa Arzuman qızı – 2001-ci ilHüseynova Zeynəb Əhməd qızı - 2010-cu ilCəfərova Jalə Rizvan qızı – 1995-ci ilAğayeva Güldanə İslam qızı – 1995-ci ilSüleymanova Aygün Vəliağa qızı – 1989-cu ilAğayeva Günel Vəliağa qızı – 1988-ci ilAğayeva Əzizə Xudaverdi qızı – 1985-ci ilAğayev Arzuman Vəliağa oğlu – 1976-cı ilAğayeva Firuzə Canəli qızı – 1954-cü il.
Xəstəxananın şöbə müdiri Elgiz Baxşıyevin bildirdiyinə görə, hazırda xəstəxanada 5-i uşaq, 4-ü qadın və 1 nəfər kişi olmaqla 10 nəfərin müalicəsi davam etdirilir. Zəhərlənmənin hansı səbəbdən olduğunun müəyyənləşməsi üçün xəstələrdən qida qalıqlarının nümunəsi götürülərək laboratoriyaya təqdim olunub.
Qeyd edək ki, kütləvi zəhərlənmə hadisəsi ötən axşam Lənkəran rayonunun ucqar dağ kəndi olan Bəletonda, kənd sakini Arzuman Ağayevin qızının nişan mərasimində baş verib. Ev şəraitində keçirilən məclisə toplaşan 30 nəfərdən 17-si qida qəbul etdikdən bir neçə saat sonra zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
***13:39
Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar.
Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.
Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.
Oxşar xəbərlər
Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını evinə apardı - Əri zəng edəndə...
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb. BAKU.WS “teleqr...
