13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
 
BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.

Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.

İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.

Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

BAKU.WS