SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan 17 yaşlı Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib. 

Onun əlamətləri belədir: Boyu 170 sm, orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKU.WS
QALEREYA