Bakıda kişi 19 manata görə özünü öldürmək istədi - YENİLƏNİB - FOTO

Bakıda kişi 19 manata görə özünü öldürmək istədi - YENİLƏNİB - FOTO
Foto
Hadisə 346

Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

Bunu BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, özünü körpüdən atmaq istəyən şəxs 1969-cu il təvəllüdlüdür:

"Həmin şəxs sərxoş olub. Kafelərdən birində onun üzərində olan 19 manatın oğurlandığını iddia edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs körpüdən düşürülərək, izahatının alınması üçün polis bölməsinə aparılıb".

***11:29

Paytaxtın Nəsimi rayonunda kişi özünü körpüdən atmaq istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Məlumata görə, rayonun "3-cü mikrorayon" dairəsində yerləşən körpünün üstündən bir nəfər özünü atmaq istəyir.

Hadisə yerində olan polis əməkdaşları onu əməlindən çəkindirməyə çalışır.

Son xəbərlər