Bakıda içərisində 17 800 manat olan çanta oğurlanıb

29
mar
2023
11:18
Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə Nizami rayonu ərazisində oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17 800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Keçirilən operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar çanta oğurlanıb
Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar çanta oğurlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib...
