SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında izdiham var.

BAKU.WS xəbər verir ki, hazırda evinin qabağında güllələnən deputatın vəziyyətilə maraqlanmaq üçün çox sayda insan axın edib. Bundan başqa, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Həyati təhlükəsi yoxdur.

BAKU.WS
VİDEO