Yevlax sakininin meyiti Gədəbəydə aşkarlanıb

Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb.
O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyit tibbi ekspertizaya təhvil verilib.
Qeyd edək ki, meyti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
AQTA: 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə BAKU.WS-ə AQTA-dan mə...
