Bakı-Quba yolunda iki avtomobil toqquşdu - VİDEO

21
mar
2023
18:56
Bakı-Quba yolunda iki avtomobil toqquşub.
BAKU.WS xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə paylaşılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb edilib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza bu gün saat 13:30 radələrində sözügedən yolun 96-cı km-də qeydə alınıb:
“Belə ki, BMW markalı 77-PX-673 dövlət nömrə nişanlı avtomobil ilə “Hyundai” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.
Oxşar xəbərlər
BDYPİ-dən yol polisinin sürücünü təqib etməsi ilə bağlı yayılan videogörüntülərə CAVAB - ANBAAN VİDEO
Ötən gün sosial şəbəkələrdə yol polisinin nəqliyyat vasitəsini təqib etdiyinə dair görüntülər yayılıb. Belə ki, videoda sürücünün nəqliyyat vasitəsi ilə yanacaq...
