SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 20:50 radələrində rayonun Qarabaqqal kəndi ərazisində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS