SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə martın 18-i gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi "VAZ-21011" markalı maşın toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "VAZ-21011"də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

BAKU.WS