SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb.

Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib. Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.

Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülüb. C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyirlər. 

İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.

Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
BAKU.WS