SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən ictimaiyyət qarşısına çıxıb.

BAKU.WS haqqın.az-a istinadən məlumat verir ki, E.Mahmudov sonuncu dəfə bir neçə gün əvvəl Beynəlxalq Bankın eks-rəhbəri Cahangir Hacıyevin anasının dəfnində görünüb. Gün boyu C.Hacıyevin yanından ayrılmayan eks-nazirin fikirli olduğu və heç kimlə danışmamağa çalışması da diqqətdən yayınmayıb.

Məlumata görə, E.Mahmudov hazırda Badamdarda tikdirdiyi dəbdəbəli villasında yaşayır.

Qeyd edək ki, Eldar Mahmudovla Cahangir Hacıyev qudadırlar. 
 
BAKU.WS