SİZİN REKLAM BURADA!
055 213 76 73




Bakıda ağlasığmaz hadisə baş verib.Daha dəqiq söyləsək, qadın oğlunun bədənindən pis ruhları çıxarmaq istəyib. Amma bu, 5 yaşlı uşağın həyatı bahasına başa gəlib...

BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. 

"Üzüm bağı” adlı dini təriqətə inanan Nazilə Qulubəyova, oğlu Fərid Quluzadənin ağzına əsgi parçası tıxayıb. Nəticədə azyaşlı boğularaq ölüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov faktı təsdiqləyir. Məlumata görə, bu icma ölkəmizdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir:
 
"Üzüm bağı” adlı dini icma Dövlət Komitəsinə qeydiyyatla bağlı müraciət etmişdi. Lakin sənədlərində aparılan araşdırma nəticəsində müvafiq qanun pozuntuları aşkarlanmış və icmaya geri qaytarılmışdır”.
 
BAKU.WS-in məlumatına əsasən, ilahiyyatçı Surxay Məmmədli atv.az-a bildirib ki, əgər dini təriqət ucbatından insan ölümü baş verirsə, bu, cinayətə bərabərdir:
 
"Elə cərəyanlar, əqidələr meydana çıxıb ki, diriykən övladlarının ruhlarını guya daxildən çıxardırlar, təzələyirlər. Yeni bir ruhu o bədənə daxil edirlər. Əslində bu, günahdır. Əgər belə bir hallarla insan ölümü varsa, bu, cinayətdir, yolverilməzdir”.
Psixoloqlar bildirir ki, hər bir insanın boşluğa düşdüyü həssas zamanlar olur. Bu məqamda hansısa dini cərəyanın təsirinə məruz qalmaq da asanlaşır.
Qeyd edək ki, postsovet məkanında 20 ildən artıqdır ki, fəaliyyət göstərən "Üzümlük” sektasının mərkəzi Ukraynada yerləşir və onlar özlərini "Yevangeliya” ("Евангелие”) kilsəsinə aid edirlər. Onların inancına görə, əgər uşaq xəstədirsə, deməli, Allah tərəfindən lənətlənib. Pis ruhun çıxarılması məsələsi də burdan qaynaqlanır.
 
Aysel.Ş
BAKU.WS