Bakıda dəhşətli qətl: Ana 5 yaşlı oğlunu boğub öldürdü

12
okt
2016
14:26
Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.
"Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova "pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
ŞOK: Bakıda ana 15 yaşlı qızını boğub öldürdü
Paytaxtda ana qızını öldürüb. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 200...