SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dili normadan iki dəfə böyük olan uşaq görənləri heyrətləndirib.
 
BAKU.WS-in məlumatına görə, yetkin bir insanın dili qədər ölçülərə sahib olan körpə artıq dili ağzından çıxmadan gülümsəyə biləcək. 

Paisley Morrison-Johnson adlı körpənin dili o qədər böyük idi ki, doğulduğu həftə az qala boğulacaqdı. 14 mində bir görülən "Beckwith Wiedemann" sendromuyla dünyaya gələn Paisleyin dili ağzının iki qatı qədər böyükdür. Bu xəstəlik körpənin qidalanmasını olduqca çətinləşdirib. 

Uşağın anası Madison bildirib ki, Paisleyin dili o qədər böyük və qalın idi ki dilini çiynəyirdi. Doğulduğu zaman həkimlər dilinin onu boğmasından qorxurdu. 

Ailə körpənin dilinin kəsilməsinə qərar verdi. Ancaq əməliyyatdan sonra dili böyüməyə davam etdi. Paisley 6 ay sonra təkrar bir əməliyyat keçirdi və həyatında ilk dəfə gülə bildi. İndi 16 aylıq olan körpə ilk sözlərini söyləməyə başlayıb.
 
Şahin Həbibov
BAKU.WS