SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bərdədə intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Şirvanlı kəndində yaşayan 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb.
 
Bildirilir ki, bir neçə ay əvvəl E.Cəbiyevin qızı vəfat edib. Bu günlərdə isə onun qızının doğum günü imiş və bu münasibətlə Eyvaz Cəbiyev ailə üzvləri ilə birgə məzarlığa gedərək qızının qəbrini ziyarət edib. Gərgin psixoloji vəziyyətdə olan ahıl kişi daha sonra öz həyatına son qoyub.
 
BAKU.WS