18 yaşlı gənc telefon üstündə bıçaqlandı (VİDEO)

18 yaşlı gənc telefon üstündə bıçaqlandı (VİDEO)
Video
Hadisə 1127

Bakıda 18 yaşlı oğlan küçədə hücuma məruz qalıb.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, 1 A ünvanının qarşısında baş verib.

Nihat Novruzov küçə ilə hərəkət edən zaman iki nəfər tanımadığı şəxs ondan telefonunu istəyib. Novruzov buna etiraz etdikdə naməlum şəxslər onun qol və ayaq nahiyəsinə iki bıçaq zərbəsi vuraraq telefonu götürərək ərazidən uzaqlaşıblar. Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 22 yaşlı gənc əyləncə mərkəzində bıçaqlandı

Bakıda 22 yaşlı gənc əyləncə mərkəzində bıçaqlandı

Bakının Xətai rayonunda yerləşən "Luna Park" əyləncə mərkəzində 22 yaşlı oğlan bıçaqlanıb. "Report"un xəbərinə görə, "Luna Park"da oturacaqlardan birinə əyləşə...

1339 Hadisə 12:12 02 dekabr 2016

Son xəbərlər