VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib. 

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək "OMON”-çu gəlib. Polis əməkdaşları Moskva "Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.