SİZİN REKLAM BURADA!
055 213 76 73


Mətbuat nümayəndələri Azərbaycanın İrandakı Səfirliyinə edilən hücum nəticəsində şəhid olmuş diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərovun evində olublar.

BAKU.WS xəbər verir ki, şəhidin evindən görüntüləri "İTV" kanalı yayıb.

Məlumat üçün bildirək ki, şəhidimiz Orxan Əsgərov Gəncə şəhərindəndir. Onun 2 övladı, bir oğlu və bir qızı var. Orxan Əsgərov İrandan başqa Azərbaycanın Polşa, Çin kimi ölkələrdəki səfirliklərində də çalışıb. 

Bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. 

BAKU.WS
VİDEO