Qayıdış qəsəbəsində ev yanıb

25
yan
2023
18:33
Füzuli rayonunun Qayıdış qəsəbəsində ev yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun 10 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin, mətbəxinın və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda birmərtəbəli evdə yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 15 m² sahədə,...
