SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncə şəhərində maskalı şəxslər şirkətə basqın ediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib.
Belə ki, naməlum şəxslər orada yerləşən şirkətin gözətçisini döyüblər və içərisində 80 min manat olan seyfi özləri ilə aparıblar. 
İlkin məlumatlara görə, soyuğunçular iki nəfər olub.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ötən axşam baş verən soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb. 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.