SİZİN REKLAM BURADA!
055 213 76 73



24 yaşlı İstanbul şəhər sakini L.H 4 il əvvəl zorlama nəticəsində hamilə qalıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamiləlik zəhərlənməsi ilə xəstəxanaya qaldırılan L.H 8 aylıq uşaq dünyaya gətirib. Bir müddət küvəzdə qalan uşaq xəstəxanadan çıxdıqdan üç gün sonra ölüb.  L.H və anası uşağı kəfənləyərək Şamlar kəndindəki qəbiristanlıqda dəfn ediblər. 

Peyvənd üçün poliklinikaya dəvət edilən L.H uşağın öldüyünü deyincə araşdırma başlayıb. L.H və anası Ş.H haqqında "qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq araşdırmaları zamanı uşağın harada dəfnm edildiyini müəyyən etmək mümkün olmayıb. Eyni zamanda şahid və yetərli dəlil-sübut olmadığına görə, hər iki qadına bəraət verilib.
 
BAKU.WS