Bakıda 32 yaşlı qadın fiziki zorakılığa məruz qalıb. Bu barədə zərərçəkmiş qadın özü polisə məlumat verib.

BAKU.WS
-in məlumatın görə, bu barədə Musavat.com xəbər yayıb. Zorlama hadisəsi sentyabrın 4-də Maştağa qəsəbəsində Lahıc bağları massivində baş verib.

Cinsi zorakılığa məruz qalan Lətafət Məcidova (ad və soyad şərtidir) polisə müraciət edərək özündən 2 yaş kiçik olan A.Sultanovun onu Ləhiş bağlarında zorladığını deyib.

Məlum olub ki, qadını zorlayan şəxs onunla qeyri-rəsmi birgə yaşayan sevgilisi olub. A.Sultanovun saxlanıldığı bildirilir.

Ziya Səccad
BAKU.WS