Ağdaşda DƏHŞƏTLİ QƏZA - 1 ölü, 3 yaralı

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.
BAKU.WS xəbər verir ki, hadisə rayonun Qəsil kəndində qeydə alınıb.
Bulaqotu kənd sakini 31 yaşlı Cabbarov Cavidan Xaləddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 52 yaşlı Yuxarıqəsil kənd sakini Həmidov Rəqif Həmdiyyə oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2107"nin sərnişini 49 yaşlı Həmidova Bahar Ziyad qızı aldığı xəsarətlərdən rayon xəstəxanasında ölüb. Sürücü R. Həmidov, sərnişin Həmidova Elmira Məmməd qızı və 11 yaşlı Həmidov Nicat Raqif oğlu Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda film kimi hadisə: İsinmək üçün boş bildiyi evə girdi, qarşısına qadın çıxdı – MƏHKƏMƏ İŞİ
Bakıda baş verən bir quldurluq faktı ilə bağlı məhkəmə materiallarının sətirlərinə göz gəzdirərkən gözümüzə maraqlı məqamlar sataşdı. Buna görə də məhkəmə istin...
