Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
Hadisə 82

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər