17 yaşlı qızın bədənindən 16 kiloqramlıq "parazitar" əkiz çıxarılıb

Hindistada17 yaşlı bir qızın bədənindən 16 kiloqram ağırlığında "parazitar" əkizi çıxarıblar. Bu vəziyyət dünyada milyon doğumdan bir rast gəlinən nadir hallardandır.
BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.
Yeniyetmə əməliyyatdan əvvəl qarın nahiyəsindən çıxan tam formalaşmış iki ayaqla həyatını davam etdirirdi.
8 fevralda uğurla həyata keçirilən əməliyyatdan sonra yeniyetmə qız hisslərini belə ifadə edib: "Səyahət edə bilmirdim, fiziki fəaliyyətlərdə iştirak edə bilmirdim. İndi isə yeni bir dünyaya qədəm qoyuram. Təhsil alıb iş sahibi olmağı arzulayıram."
Dr. Asuri Krişna bildirib ki, bu cür hallar tibbi ədəbiyyatda nadir rast gəlinir. "İndiyədək yalnız 50-yə yaxın belə hadisə qeydə alınıb və onların əksəriyyəti kiçik yaşlı uşaqlarda aşkar edilib. Buna görə də komandamız əməliyyatı əsasən təcrübə, bacarıq və biliklərə əsaslanaraq həyata keçirdi."
Həkimlər aparılan müayinələr zamanı parazitar əkizin qızın döş qəfəsinə bağlı olduğunu və onun damarlarından qidalandığını müəyyən ediblər. Lakin onun həyati orqanlarla – qaraciyər və böyrəklərlə birbaşa əlaqəsinin olmadığı aşkarlanıb.
Əməliyyat zamanı qızın qan təzyiqi kritik həddə düşüb. Çünki onun qanının 30-40 faizi parazitar əkiz tərəfindən istifadə olunurdu. Lakin həkimlər bu riski əvvəlcədən nəzərə alaraq sürətli müdaxilə ediblər və xəstəni stabil vəziyyətə gətiriblər.
Oxşar xəbərlər
Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış
İran vasitəsi ilə Türkiyədən qaçıb Biləsuvarda saxlanılan azərbaycanlı gəncə bəraət verilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1998-ci ildə Gəncə...
