17 yaşlı Albinanın qardaşı hamını aldatmaq istəyibmiş... - TƏFƏRRÜAT

Dünən saat 19:00 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvili bıçaqla qətlə yetirilib. Albina Papiaşvilinin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvili tərəfindən bıçaqlanması barədə şübhələr müəyyən edilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Jora Papiaşvili əvvəlcə hüquq mühafizə orqanlarına bacısının bilmədiyi şəxs tərəfindən qətlə yetirildiyini bildirib.
Lakin peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşının bıçaqla çoxsaylı xəsarətlər yetirərək yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili Qax rayonunda şübhəli şəxs qismində saxlanılıb.
Oxşar xəbərlər
Yatdığı yerdə qardaşı tərəfindən öldürüldüyü deyilən 17 yaşlı Albinanın FOTOLARI
Baş Prokurorluq Qaxdakı cinayət hadisəsi barədə açıqlama yayıb. Qurumun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, noyabrın 4-ü saat 19 radələrində 2005-ci il...
