VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı minik avtobusu ilə "Daewoo" markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.