Bakıda "BakuBus"un qapısını təpiklədilər - ANBAAN VİDEO
Bakıda “BakuBus” MMC-yə məxsus avtobusun sürücünə növbəti dəfə hücum qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
"BakuBus" MMC-yə məxsus olan avtobusdan qeydə alınan görüntüləri BAKU.WS-in "qaynar xətti"nə şirkətin hüquq sektorunun müdiri Rüstəm Cəfərov göndərib.
O bildirib ki, "99-OK-278" dövlət qeydiyyatlı avtomobilin sürücüsü avtobusun qarşısını kəsib. Bundan sonra sürücü avtobusa hücum edib, zərbələr endirməyə başlayıb:
"Xoşbəxtlikdən avtobusun qapı və pəncərəsi həmin vaxt bağlı olub. Sürücü dərhal hadisə ilə bağlı DİN-in "qaynar xətt"inə zəng edib məlumat verib.
Hadisə nəticəsində avtobusa 931 manat məbləğində zərər dəyib. Şirkət rəsmiləri artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər".
Oxşar xəbərlər
Azərbaycanda yeniyetmə oğlanı zorlayıb öldürdülər
Adam öldürməkdə təqsirli bilinən Qəbələ rayon sakini, 1998-ci il təvəllüdlü Vidadi Qarayevin (Cinayət işində bütün ad və soyadlar şərti göstərilib – H. Z.) cina...