Neftçalada 8 ay əvvvəl itkin düşən şəxsin meyiti tapılıb.

BAKU.WS
-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 13-də "Yamaha-55” markalı qayıqda balıq tutmaq üçün dənizə getmiş Ceyhun Mahmudov yoxa çıxmışdı.

Uzun müddət axtarılsa da onun barədə heç bir məlumat olmayıb. Dünən onun meyiti Neftçala rayonunun 2-ci Mayak kəndinin dəniz sahilində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS