SİZİN REKLAM BURADA!
055 213 76 73



Hollivud ulduzu Ancelina Coliyə bənzədiyinə görə, "Kürd Ancelina Coli” ləqəbi ilə tanınan PKK terror təşkilatının əsas simalarından olan kürd qızı Asia Ramazan IŞİD-lə döyüşdə öldürüldü. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Suriyanın Türkiyə sərhədinə yaxın cəbhədə İŞİD-lə YPG arasında döyüşdə öldürüldüyü bildirildi.

Ramazan Suriyanın Şimalında İŞİD-ə qarşı döyüşlərdə aktiv iştirak edib. Onun İŞİD-lə döyüşdə öldürüldüyü barədə məlumat "Kürd qadınları üçün azadlıq istəyirik” adlı Facebook səhifəsində məlumat yayılıb. 

Bəzi mənbələr isə onun Suriya Demokratik Qüvvələri və Azad Suriya Ordusu arasında baş verən qarşıdurmada öldürüldüyü bildirilir. 

ƏLİ
BAKU.WS