İŞİD-ə qan udduran "Kürd Rembo" (FOTO)
Uzun müddət Türkiyədə yaşadıqdan sonra Şimali İraqa gedən "Kürd Rembo" İŞİD terrorçularına qarşı döyüşür.
BAKU.WS-in məlumatına görə, əsl adı Mahir Şərif olan gənc İŞİD-lə döyüşlər başladıqdan sonra könüllü olaraq peşmerge sıralarına qatılıb. Mahir Şərif uşaqlıq yaşlarından "Rembo" filmlərini izlədiyini söyləyib. Silvester Stallone kimi olmaq istədiyini söyləyən kürd gənc arzularını yerinə yetirməyə çalışır.
Hər fürsətdə "Rembo"nun "İlk Qan" filmini izlədiyini söyləyən Şərif İŞİD-ə qarşı onun kimi döyüşmək istədiyini bildirib. Kürd Rembo dəfələrlə İŞİD-lə döyüşdüyünü və çox sayda terrorçu zərərsizləşdirdiyini vurğulayıb.
"Kürd Rembo"nun fotolorını təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-dən qaçan "Cihad gəlinləri" başlarına gələni danışdılar
İŞİD-dən qaçmağı bacaran iki qadın başlarına gələnləri danışıb. BAKU.WS məlumat verir ki, 3 ildir dünya gündəmində olan İŞİD terror təçkilatına qoşulanların bi...