SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən sahəsi təxminən 240kv.m olan restoranın yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində binanın ümumi sahəsi 440kv.m olan və ticarət mağazalarından ibarət birinci mərtəbəsi və bitişik obyektlər yanğından mühafizə edilib.

Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

*** 10:34

Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğının söndürülməsi istiqamətində görülən işlər davam edir. 

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***10.16

FHN-in "112" qaynar xəttinə" Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO