“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü

04
okt
2022
10:01
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asdı... - Ananın dəhşətli cinayəti
Bakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Şirvan sakini, 1986-cı il təvəllüdlü...
