Beyləqanda dəhşətli qəza - 2 nəfər ölüb

03
okt
2022
11:03
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsunun işıqsız qalan kəndlərinə elektrik enerjisi verildi - YENİLƏNİB
Ağsuda yol qəzası nəticəsində işıqsız qalan Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndlərinin elektrik enerjisi ilə təchizatı bərpa...
