Bakıda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
“Toyota” markalı avtomobili idarə edən sürücü şəhər istiqamətində hərəkətdə olan zaman qəflətən sükana nəzarəti itirib. Bu zaman avtomobil qarşıda gedən “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində “Chevrolet”də olan 2 nəfər xəsarət alıb.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılara əraziyə gələn təcili yardım briqadası tərəfindən tibbi yardım göstərilib. Avtomobillər hadisə yerindən evakuasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO/VİDEO
Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində...