Bakıda həmcinslərini Dubaya aparıb satan qadın həbs edildi

05
sen
2016
16:55
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə Mayıl Bayramov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ŞOK OLAY: Aygün yol polisi rəisinə 200 min «atdı»
Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. BAKU.WS-in lent.az-a istinadən məlumatına görə, hakim Faiq Qə...
