SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənə dağ çəkdin bala, həmişə deyirdin ana nə lazımdır, sənə nə alım? Deyirdim Rəhim heçnə lazım deyil. Məni yaman günə qoydun. Kaş mən də ölərdim. Məni yanına apar bala".

BAKU.WS xəbər verir ki, bu sözləri Rəhim Rəhimlinin anası Firəngiz xanım deyib. Gənc yaşda oğlunu itirən ananın fəryadı məradimdəki hər kəsi sarsıdıb.

Məlumat üçün bildirək ki, hazırda mərhumun evində onunla vida mərasimi keçirilir. Mərasimdə Rəhimin yaxınları, ailə üzvləri, dostları və şou-biznesin tanınmış simaları iştirak edirlər.

Xatırladaq ki, sənətçi ürək tutmasından vəfat edib. O, uzun müddət idi serrozdan əziyyət çəkirdi. 43 yaşlı Rəhim Rəhimli bu gün saat 12-də Bülbülə qəsəbəsində torpağa tapşırılacaq.

BAKU.WS
QALEREYA