Bahalı telefonları ucuz satan şəxs etiraf etdi - Demə… - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.Araşdırmalar davam etdirilir.
Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər.
Oxşar xəbərlər
Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - FOTO/VİDEO
BMCMİ bank kartlarındakı pul vəsaitlərini talayan daha bir dəstənin üzvlərini saxlayıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildiri...