SİZİN REKLAM BURADA!
055 213 76 73


"Finnair" aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə BAKU.WS-ə hava limanından bildirilib.

Məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

BAKU.WS