SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Masallı rayonunda istirahət mərkəzində ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Şahin Həbibov
BAKU.WS