DİN: "Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır" - YENİLƏNİB - FOTO

DİN: Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır - YENİLƏNİB - FOTO
Hadisə 597

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Hazırda Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - mətbuat xidmətindən qeyd edilib.

***10:54

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Report-un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.

Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyəti qurumlarla birlikdə araşdırmalara başlanılıb.

T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

*** 08:43

Azərbaycanda 13 yaşlı qız ana olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, uşaq dünən ev şəraitində dünyaya gəlib və xəstəxanaya yerləşdirilib.

Ağazadə bildirib ki, doğulan uşaq sağdır. Azərbaycan Uşaqlar Birliyinin sədri uşağın təcavüz nəticəsində doğulduğunu bildirib.

Son xəbərlər