SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğundan oğurlanan tarixi eksponatın nə olduğu açıqlanıb.
 
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Trend-ə bildirib ki, "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğunda avqustun 26-dan 27-ə keçən gecə qoruq ərazisində olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb.
 
Bununla əlaqədar qoruğun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisə yerinə artıq baxış keçirilib və hazırda faktla bağlı istintaq aparılır. Ərazidən oğurlanan tarixi eksponat isə Həzrət Əlinin adı ilə bağlı iki hissəli daşdan biridir. Eksponat qədim qəbristanlıqda yerləşir.

BAKU.WS