Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - FOTO
Bakının Binəqədi rayonunda dayanacaqda sərnişin gözləyən avtobusa minik avtomobili çırpılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Yəhya Hüseynov küçəsində 83 nömrəli marşut xətri üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü sərnişinlərin enməsi üçün dayanacaqda saxlayıb. Bu zaman “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü yüksək sürərlə nəqliyyat vasitəsini avtobusa çırpıb.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. “Toyota”nın sürücüsü xəsarət alıb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...