Füzulidə Baş Mil Kanalından meyit tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə Baş Mil Kanalından meyit tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki,, suyun tunel hissəsində axtarışlar nəticəsində aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.
Meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olub-olmaması araşdırılır.
***17:32
Füzulidə Baş Mil Kanalı qurudulub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, buna səbəb 2 aya yaxın müddətdir Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.
Belə ki, yenitemənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün deyilmiş.
Kanalda suyun verilişinin dayandırılmasından FHN-nın əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıb. Axtarış əməliyyatları davam etdirilir.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal olunur.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...