16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI
"16 yaşlı ana sığınacaqdan xəbər etmədən sevgilisi ilə gedib".
BAKU.WS xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, 16 yaşında ana olan qız ata-anasını itirib:
"O, ata və anasını itirən, sevgiyə, qayğıya möhtac bir qızdır. Qız onun-bunun himayəsində böyüyüb. Görünür, oğlan ona bu sevgini göstərib, yaxud manipulyasiya edib və qız da körpəsini qoyaraq qaçıb. Oğlan azyaşlı ilə münasibətə girdiyi üçün haqqında cinayət işi başladılıb və araşdırma aparılır. Körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Qızın özündən böyük bacısı var, lakin həyat yoldaşı yanında qalmasına icazə verməyib. Hazırda sevgilisi ilə qaçan 16 yaşlı qızın harada olduğu bilinmir".
Qeyd edək ki, Bakıda 16 yaşlı qız ana olub. O, körpəsində və sığınacaqda qalmasından imtina edib. Körpənin atasının 27 yaşı olduğu deyilir.
Oxşar xəbərlər
Bakıda çoxmənzilli binadakı yanğın söndürülüb
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binadakı yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məl...